Son dəqiqə

Türkiyə Böyük Britaniya Türkiyənin Müdafiə Sənayesi

Britaniya Eurofighter tədarükü ilə bağlı Türkiyənin tələblərini dəstəkləməyə davam edəcək

Bakı. TurkicWorld:

Böyük Britaniya bu proqramda tərəfdaş olan digər ölkələrlə işləyərək, Eurofighter təyyarələrinin tədarükü ilə bağlı NATO müttəfiqi Türkiyənin maraqlarını və tələblərini dəstəkləməyə davam edəcək.

TurkicWorld xəbər verir ki, bu sözləri Böyük Britaniyanın Türkiyədəki səfiri Jill Morris deyib.

"Türkiyə ilə güclü müdafiə sənayesi əlaqələrimiz var. NATO-nun yaxın müttəfiqləri olaraq müdafiə sənayesi sahəsində əməkdaşlıq liderlərimiz üçün çox vacib məsələdir. KAAN-dan ALTAY-a, TCG ANADOLU-ya qədər Türkiyənin müdafiə sənayesi inkişaflarını yaxından izləyirik. Böyük Britaniya və Türkiyənin bu sahədəki güclü tərəfləri çox vaxt bir-birini tamamlayır. Biz son illər Britaniya və Türkiyə şirkətləri arasında güclü tərəfdaşlıq və inkişaflar müşahidə etmişik və mən belə tərəfdaşlıqların sayını daha da artırmaq istərdim", - deyə o əlavə edib.

Mövzuya görə xəbərlər