Son dəqiqə

Türkiyə ABŞ Türkiyənin Enerji və Təbii sərvətlər nazirliyi Alparslan Bayraktar

Türkiyə ilə ABŞ arasında uzunmüddətli enerji sazişi imzalanıb

Bakı. TurkicWorld:

Türkiyənin BOTAŞ şirkəti ilə ABŞ-ın ExxonMobil şirkəti arasında uzunmüddətli enerji sazişi imzalanıb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib.

“Bizim keçmişdə Nigeriya ilə və hazırda Əlcəzairlə 20 ildən artıqdır ki, mayeləşdirilmiş təbii qazla bağlı uzunmüddətli müqavilələrimiz var. İndi biz Amerikanı da bura daxil edirik. Botaşın bu gün Amerika ilə imzaladığı müqavilə keçmiş işlərimizdən fərqlidir. Uzunmüddətli qaz tədarükü müqaviləsi bəndində əməkdaşlıq bəyannaməsini ortaya qoyur. Ona görə də bu mənada vacibdir. Türkiyənin qaz təchizatının şaxələndirilməsi üçün vacibdir. Ümid edirəm ki, bu gün haqqında danışdığımız Türkiyənin bugünkü ehtiyacının 8 faizini ödəyəcək qədər böyük bir razılaşmadır”, - deyə o bildirib.

Mövzuya görə xəbərlər