Son dəqiqə

Türkiyə Yunanıstan

Türkiyə ilə Yunanıstan arasında normallaşma ticarətə də təsir edib

Bakı. TurkicWorld:

Türkiyə ilə Yunanıstan arasındakı müsbət atmosfer ticarətə də təsir edib.

TurkicWorld xəbər verir ki, bu barədə Yunanıstanın “ProtoThema” qəzetində məqalə dərc edilib.

Məqalədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dekabrın 7-də Afinaya səfəri zamanı iki ölkə liderlərinin qarşıya qoyduğu 10 milyard dollarlıq ticarət həcminin hədəfi xatırladılıb.

Bunun iki ölkə arasında kommersiya fəaliyyətini sürətləndirdiyi və hədəfə sürətlə yaxınlaşdığı vurğulanıb.

"Türk şirkətləri Yunanıstanda enerjidən pərakəndə satışa, daşınmaz əmlakdan turizmə, balıqçılıqdan sənayeyə qədər hər sahədə var", - deyə məqalədə qeyd edilib.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dekabr ayında Yunanıstana tarixi səfərindən sonra Yunanıstanın baş naziri Kiryakos Mitsotakis Yunanıstanın 10 adasında Türkiyə vətəndaşları üçün yeddi günlük viza müraciətinə başlanılacağını açıqlamışdı.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər