Son dəqiqə

Türkiyə İran İbrahim Rəisi Cevdet Yılmaz Hakan Fidan

Rəisinin dəfn mərasimində Cevdet Yılmaz və Hakan Fidan iştirak edəcək

Bakı, TurkicWorld:

İran prezidenti İbrahim Rəisi və İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın sabah keçiriləcək dəfn mərasimində Türkiyə vitse-prezident Cevdet Yılmaz və xarici işlər naziri Hakan Fidan iştirak edəcək.

TurkicWorld xəbər verir ki, dəfn mərasimi sabah İranın paytaxtı Tehranda keçiriləcək.

Qeyd edək ki, 19 mayda İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopter vilayətin Vərzəqan rayonunda qəzaya uğrayıb. Qəza nəticəsində 9 nəfər həlak olub.

Mövzuya görə xəbərlər