Son dəqiqə

Türkiyə Selçuk Bayraktar Akıncı PUA

Bu il üç KIZIELMA istehsal edəcəyik – Bayraktar

Bakı,TurkicWorld

Bu il üç ədəd Bayraktar KIZIELMA PUA istehsal edəcəyik.

TurkicWorld xəbər verir ki, bu sözləri Baykar İdarə Heyətinin Sədri və Texnologiya Lideri Selçuk Bayraktar deyib.

“Belə bir texnologiya şirkəti nə Türkiyədə, nə də dünyada yoxdur və texnologiya dünyasında bunu ancaq ixtira edən şirkətlərdə görə bilərsiniz. Bu, dünya texnologiya monopoliyalarında belə görünməyən bir şeydir”,- deyə Bayraktar vurğulayıb.

Səlcuq Bayraktar onu da bildirib ki, İran prezidenti İbrahim Rəisi və onu müşayiət edən rəsmilərin həyatını itirdiyi helikopter qəzası ilə bağlı axtarış fəaliyyətlərində iştirak edən Bayraktar AKINCI 2019-cu ildə ilk uçuşunu edib.

“Türk mühəndisləri və türk uşaqları tərəfindən hazırlanmış pilotsuz uçuş aparatları ən pis şərtlər altında çox əhəmiyyətli bir missiyanı üzərinə götürdü” deyə Bayraktar bildirib.

Bundan əlavə, 1-2 ay ərzində KIZILELMA-nın uçan istehsal prototipləri və versiyalarına başlanacaq.

Mövzuya görə xəbərlər