Son dəqiqə

Türkiyə Türkiyənin Enerji və Təbii sərvətlər nazirliyi Alparslan Bayraktar Qabar

Qabarda kəşfiyyat işlərini “Koca Yusuf” qazma qurğusu həyata keçirəcək

Bakı. TurkicWorld:

Qabarda neft-kəşfiyyat işlərini Türkiyə istehsalı “Koca Yusuf” qazma qurğusu həyata keçirəcək.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Enerji və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, Türkiyənin yerli qazma qurğusu ölkənin bu il gündəlik hasilat hədəfinə ,100 min barelə çatmasında mühüm rol oynayacaq.

"2024-cü ildə kəşfiyyat məqsədləri üçün ümumilikdə 140 quyu qazılacaq", - deyə Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar vurğulayıb.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər