Hakan Fidan Yunanıstan XİN rəhbəri ilə Londonda görüşüb

Hakan Fidan Yunanıstan XİN rəhbəri ilə Londonda görüşüb

Bakı. TurkicWorld:

Türkiyə xarici işlər naziri Hakan Fidan İngiltərənin paytaxtı Londonda yunanıstanlı həmkarı Yorgos Yerapetritis ilə görüşüb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə XİN sözçüsü Öncü Keçeli öz sosial media hesabından paylaşım edib.

“Hörmətli Yunanıstanın baş nazirinin (Kiryakos Mitsotakisin) qarşıdakı dövrdə Ankaraya səfərinə hazırlıq çərçivəsində bu gün Londonda Türkiyə və Yunanıstanın xarici işlər nazirləri arasında görüş keçirilib.” – deyə Keçeli bildirib.

O qeyd edib ki, görüşdə ikitərəfli əlaqələrlə yanaşı, regional və beynəlxalq məsələlər də müzakirə edilib.

Hafiz Rufizoğlu