Son dəqiqə

Türkiyə Türkiyə Daxili İşlər Nazirliyi

Türkiyədə 400-ə yaxın narkotik ticarətçisi saxlanılıb

Bakı. TurkicWorld:

Türkiyənin 20 vilayətində narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinin qarşısının alınması məqsədilə “NARKOÇELİK-16” əməliyyatı keçirilib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, əməliyyat nəticəsində 366 narkotik ticarətçisi saxlanılıb.

Bundan əlavə, 230 qrup və 980 Jandarma personalının iştirakı ilə eyni vaxtda keçirilən əməliyyatlarda 700 kilo narkotik maddə ələ keçirilib.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər