Son dəqiqə

Türkiyə TÜRKSAT

Türksat CABSAT 2024 sərgisində iştirak edəcək

Bakı,TurkicWorld

Türksat 21-23 may tarixlərində Dubay Dünya Ticarət Mərkəzində keçiriləcək CABSAT 2024 yayım tədbirində iştirak edəcək.

TurkicWorld xəbər verir ki, Türksat, xüsusi həllər üçün hazırladığı yerli və milli peyk antena ailəsini Yaxın Şərqin ən böyük peyk rabitə xidmətləri və yayım təşkilatı olan CABSAT 2024-də təqdim edəcək.

Sərgidə Türkiyənin ən güclü genişzolaqlı rabitə peyki olan, ən yüksək səviyyəli KA diapazonlu texnologiyaya malik TÜRKSAT 5B ilə bağlı bir çox fərqli ölkədən iş ortaqları ilə mühüm görüşlərin keçirilməsi də planlaşdırılır.

Sərgi çərçivəsində Türksat yerli və milli məhsulları ilə Türkiyənin Yaxın Şərq və Afrikada peyk xidmətləri bazarında daha güclü yer almasını təmin etməyi hədəfləyir.

Mövzuya görə xəbərlər