Bakı, TurkicWorld:
Hərbi Elektronik Sənayesi (ASELSAN) tərəfindən yerli və milli səviyyədə inkişaf etdirilən Türkiyənin ən uzun mənzilli radarı olan ALP 300-G-nin Türk Silahlı Qüvvələrinə təhvil verilməsi mərasimi keçirilib.
Bu barədə TurkicWorld-a Türkiyə hərbi mənbələrindən bildirilib.
Məlumata əsasən, təhvil mərasimində çıxış edən Türkiyənin Müdafiə Sənayesi İdarəsinin rəhbəri Haluk Görgün, Türk Silahlı Qüvvələrinin inventarına daxil olan Portativ Erkən Xəbərdarlıq Radar Sisteminin çox strateji bir məhsul olduğunu vurğulayıb.
Görgün mərasimdəki çıxışında radar sistemlərinin döyüş və sərhəd təhlükəsizliyi baxımından əhəmiyyətli bir element olduğunu vurğulayaraq, təxminən 30 ildir radar sahəsində çalışdıqlarını deyib.
"Dünyanın digər ölkələrində istifadə edilən bir çox fərqli İtalyan, Fransa və Amerika istehsalı olan radarlar var. Bu gün təslim etdiyimiz ALP 300-G ayırdetmə qabiliyyəti, məsafəsi və dəqiqliyi baxımından onların hamısından üstündür. Bu radarda aktiv elektron skaner var. ALP 300-G radarı dayanıqlı vəziyyətdə işləyərkən qalan əməliyyatları da bir modul hissəsində yerinə yetirə bilir bir müddətin tamamlanmasını gözləmədən əksini qəbul etmək, həmçinin bir doğrulama siqnalı göndərməklə onun dəqiqliyini daha həssas edə bilər",- deyə Görgün əlavə edib.