Son dəqiqə

Türkiyə ABŞ Ömer Bolat

Türkiyənin ABŞ investorları üçün önəmli olduğuna inanırıq

Bakı. TurkicWorld:

Türkiyənin güclü istehsal infrastrukturunun ABŞ investorları üçün önəmli olduğuna inanırıq.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə ticarət naziri Ömer Bolat Xarici İqtisadi Əlaqələr Şurasının (DEİK) Türkiyə-ABŞ İş Şurasının (TAİK) ABŞ Ticarət Palatası və Amerika Türk İş Dəyirmi Masasının (ATBR) əməkdaşlığı ilə təşkil etdiyi 39-cu Amerika-Türkiyə Konfransında deyib.

Bolat Amerika şirkətlərinin Türkiyənin istehsalına, məşğulluğuna və ixracına töhfə verdiyini və saylarının gündən-günə artdığını görməkdən çox məmnun olduqlarını bildirib.

"Biz Türkiyənin güclü istehsal infrastrukturunu, istehsal bazalarını və tədarük zəncirlərini şaxələndirməyi düşünə biləcək ABŞ investorları üçün çox cəlbedici olduğuna inanırıq" – deyə nazir qeyd edib.

Bolat ABŞ ilə ticarət əlaqələrində çətinliklərin və gözlənilən problemlərin fərqində olduqlarına diqqət çəkib.

O, Türkiyədən ABŞ-a polad və alüminium ixracına qarşı qoruyucu tədbirlərin iki ölkənin iqtisadi və ticarət əlaqələrinə mane olmaqda davam etdiyini vurğulayıb.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər