Son dəqiqə

Türkiyə İsrail Qəzza zolağı Hakan Fidan BƏƏ

Hakan Fidan Əl Nahyan ilə Qəzza məsələsini müzakirə edib

Bakı. TurkicWorld:

Türkiyə xarici işlər naziri Hakan Fidan Abu Dabidə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri Abdullah bin Zayed Əl Nahyan ilə görüşüb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi öz sosial media hesabından paylaşım edib.

İclasda əsas gündəm məsələsi Qəzzada atəşkəsin təmin edilməsi üçün atılacaq addımlar olub.

Görüş zamanı iki ölkə arasında münasibətlər də müzakirə olunub.

Xatırladaq ki, Hakan Fidan BƏƏ-də iki günlük rəsmi səfərdədir.

Qeyd edək ki, Qəzzanın Səhiyyə Nazirliyi bildirir ki, Qəzzada 34 mindən çox fələstinli öldürülüb və 2,3 milyon əhalisinin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb.

Nazirlik öz sayında mülki şəxslər və döyüşçülər arasında fərq qoymur, lakin qadınların və uşaqların ölənlərin üçdə ikisini təşkil etdiyini bildirir.

İsrail dinc sakinlərin ölməsində HƏMAS-ı günahlandırır, çünki yaraqlılar sıx yaşayış məntəqələrində döyüşürlər.

İsrail heç bir sübüt təqdim etmədən 13 min HƏMAS döyüşçüsü öldürdüyünü bildirib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər