Son dəqiqə

Türkiyə

A Haber televiziyasında "Eski Defterler" verilişi yayımlanıb

Bakı, TurkicWorld:

Türkiyənin A Haber televiziyasında Mehmet Nilüferin aparıcılığı ilə "Eski Defterler" verilişi yayımlanıb.

TurkicWorld xəbər verir ki, Türkiyənin yaxın tarixindən unudulmuş və ya az tanınan mövzuları seçən proqram 5-6 dəqiqəlik fərqli seriyalardan ibarətdir.

Məlumata əsasən, boksçu Məhəmməd Əlinin İstanbula bir günlük səfəri, 1963-cü ildə reportaja gedən üç jurnalistin donaraq ölməsi, ABŞ-a sənəd satarkən saxlanılan MİT üzvü Sabahattin Savaşman, ASALA terroruna etiraz olaraq özünü yandıran erməni Artin Penik, iki təyyarənin havada toqquşması və məhəlləyə düşməsi nəticəsində 120 nəfərin həlak olduğu "Millət faciəsi, öldüyü zənn edilərək dəfn edildikdən bir gün sonra evə qayıdan Həcər xanım kimi çox maraqlı mövzular seçən Mehmet Nilüfer reportaj aspektindən açıq şəkildə istifadə edib.

Əvvəldən diksiyası ilə diqqət çəkən Mehmet Nilüfer proqramı özü səsləndirir.

Proqramın artıq YouTube platformasında 11 seriyası yayımlanıb.

Mövzuya görə xəbərlər