Son dəqiqə

Türkiyə Yunanıstan Rəcəb Tayyib Ərdoğan

Türkiyəyə səfərimizdən gözləntimiz müsbətdir – Yunanıstan XİN

Bakı. TurkicWorld:

Türkiyəyə səfərimizdən gözləntimiz müsbətdir.

TurkicWorld xəbər verir ki, bu barədə Yunanıstan xarici işlər naziri Yorgos Yerapetritis açıqlama verib.

Yerapetritis Yunanıstanın baş naziri Kiryakos Mitsotakisin mayın 13-də Türkiyəyə səfərindən gözləntinin prezident Rəcəb Tayyib Ərdoğanla səmimi görüş olduğunu bildirib.

O, Türkiyə və Yunanıstan liderlərinin görüşlərinin, bütün digər ölkə liderlərinin ikitərəfli görüşləri kimi normal qarşılanması lazım olduğunu vurğulayıb.

Yunan müxalifətinin Kariye məscidinin ibadət üçün açılmasından sonra Mitsotakisin Türkiyəyə səfərini təxirə salması ilə bağlı şərhlərini dəyərləndirən Yerapetritis hökumət olaraq belə bir ehtimalı heç vaxt düşünmədiklərini qeyd edib.

"Türkiyə-Yunanıstan yaxınlaşmasından gözləntimiz bir sakitlik dövrüdür. Bir başqa gözləntimiz də iki tərəf arasında ünsiyyət kanallarının açıq qalmasıdır. Bu yolla mümkün böhranların qarşısı alına biləcək." – deyə nazir bildirib.

Yerapetritis Mitsotakisin mayın 13-də Türkiyəyə səfərinin ikitərəfli əlaqələrdə atılacaq mühüm addım olduğunu bildirib.

O qeyd edib ki, növbəti mühüm addım iki liderin iyulda Vaşinqtonda NATO Sammiti çərçivəsində görüşməsidir.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər