Son dəqiqə

Türkiyə ABŞ

Ömer Bolat amerikalı həmkarı ilə görüşüb

Bakı. TurkicWorld:

Türkiyə ticarət naziri Ömer Bolat Vaşinqtonda ABŞ-ın ticarət naziri Gina Raimondo ilə görüşüb.

TurkicWorld xəbər verir ki, bu barədə Ömer Bolat öz sosial media hesabından paylaşım edib.

Görüş zamanı iki ölkə arasında ticarət və qarşılıqlı investisiyaların artmasından məmnun qaldıqlarını qeyd edən Bolat, uzunmüddətli perspektivdə ticari əlaqələri gücləndirmək niyyətində olduqlarını bölüşdüklərini bildirib.

"Biz ikitərəfli ticarətimizi 100 milyard dollar səviyyəsinə çatdırmaq məqsədimiz barədə qarşılıqlı razılığa gəldik. ABŞ ilə qarşılıqlı investisiyaların 26 milyard dollara çatmasından məmnunluğumuzu və bu investisiyaların zamanla qarşılıqlı olaraq artacağına inandığımızı bildirdik.” – deyə o qeyd edib.

Bolat bildirib ki, üçüncü ölkələrə birgə sərmayələrin artırılması üçün əməkdaşlıq təkminləşdirilməlidir.

“Mart ayında İstanbulda həyata keçirdiyimiz süni intellekt, 5G, kibertəhlükəsizlik və məlumat məsələlərini əhatə edən Rəqəmsal Dialoq üzrə üzbəüz seminar sayəsində atdığımız konkret addımların ikitərəfli ticarətimizə yeni ölçü əlavə edəcəyini çox vacib hesab etdiyimizi ifadə etdik” – deyə nazir qeyd edib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər