Son dəqiqə

Türkiyə ABŞ Ömer Bolat

ABŞ və Türkiyə hər zamankindən daha sıx əməkdaşlıq etməlidir

Bakı. TurkicWorld:

ABŞ və Türkiyə hər zamankindən daha sıx əməkdaşlıq etməlidir.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə ticarət naziri Ömer Bolat Xarici İqtisadi Əlaqələr Şurasının (DEİK) Türkiyə-ABŞ İş Şurasının (TAİK) ABŞ Ticarət Palatası və Amerika Türk İş Dəyirmi Masasının (ATBR) əməkdaşlığı ilə təşkil etdiyi 39-cu Amerika-Türkiyə Konfransında deyib.

Bolat, son bir neçə ildə Türkiyə ilə ABŞ arasında diqqətəlayiq bir ticarət və investisiya həcmi müşahidə olunsa da, 100 milyard dollarlıq ticarət həcmi hədəfinə çatmaq üçün hələ uzun bir yol olduğunu bildirib.

O, bu məqsədə nail olmaq əzmində olduqlarını və ticarət əlaqələrini inkişaf etdirmək üçün birgə işləməyə hazır olduqlarını vurğulayıb.

"İkitərəfli əlaqələrimizi mümkün olan hər sahədə inkişaf etdirməkdə ortaq marağımız olduğuna inanırıq. Dünya yeni sənaye dövrünün astanasındadır. Pandemiyadan sonra baş verən geosiyasi qarışıqlıqlar və kritik sektorlardakı tədarük böhranları ənənəvi istehsal və paylama strategiyalarının xarakterini dəyişib" – deyə nazir qeyd edib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər