Son dəqiqə

Türkiyə Alparslan Bayraktar

İran Türkiyə üçün əhəmiyyətli təbii qaz tədarükçüsüdür – Alparslan Bayraktar

Bakı, TurkicWorld

İran Türkiyə üçün əhəmiyyətli təbii qaz tədarükçüsüdür.

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar deyib.

O, ikitərəfli əlaqələri müzakirə etmək üçün Tehranda İranın neft naziri Cavad Ovci və energetika naziri Əli Əkbər Mehrabian ilə görüşüb.

“Gələcək dövrdə bu gün başladığımız danışıqları tez bir zamanda yekunlaşdırıb, təbii qaz tədarükü müqaviləmizi daha da irəli aparmaq üçün addımlar atacağıq” deyə o vurğulayıb.

Qeyd edək ki, Türkiyə və İran ticarət həcmini 30 milyard dollara çatdırmağı hədəfləyir.

Mövzuya görə xəbərlər