Son dəqiqə

Fələstin İsrail Misir Sameh Şükri Qəzza zolağı

İsrailin hücumları regional təhlükəsizliyi təhdid edir – Misir XİN

Bakı. TurkicWorld:

İsrailin hücumları regional təhlükəsizliyi təhdid edir.

TurkicWorld AzerVoice-istinadən xəbər verir ki, bu barədə Misirin xarici işlər naziri Samih Şükri bəyan edib.

O qeyd edib ki, İsrailin Qəzza zolağında, o cümlədən Rəfahda davam edən hücumları regionun sabitliyinə böyük təhlükə yaradır.

Misir Xarici İşlər Nazirliyindən verilən açıqlamaya görə, Şükri amerikalı həmkarı Antoni Blinkenlə telefon danışığı aparıb.

Blinken və Şükri Qəzzadakı hadisələri, İsrailin Rəfahdakı hərbi "əməliyyatlarını" və humanitar yardımların ölkəyə daxil olmasına mane olan Rəfah Sərhəd Qapısının Fələstin tərəfini ələ keçirməsini müzakirə ediblər.

Hər iki nazir İsrail ilə Qəzza arasındakı sərhəd qapılarının açılması və Qəzza xalqının ehtiyaclarını qarşılayacaq miqdarda yardımın bölgəyə daxil olması lazım olduğunu bildirib.

Xatırladaq ki, İsrail mayın 5-də Kerem Əbu Səlim Sərhəd Qapısını bağladıqdan və mayın 7-də Rəfah Sərhəd Qapısını işğal etdikdən sonra Qəzza zolağına heç bir humanitar, tibbi yardım və yanacaq daxil olmayıb.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər