Türkiyə Mersin

TCG Nusret gəmi muzeyi ziyarətçilərin istifadəsinə veriləcək

Bakı. TurkicWorld:

TCG Nusret gəmi muzeyi 15-16 May tarixlərində Mersində ziyarətçilərin istifadəsinə veriləcək.

TurkicWorld xəbər verir ki, Çanaqqala Dəniz Döyüşünün qalibiyyətində böyük payı olan Nusret Mina Gəmisinin xatirəsini yaşatmaq üçün Dəniz Qüvvələri Komandanlığı tərəfindən orijinalına uyğun olaraq 2011-ci ildə inşa edilən TCG Nusret Gəmisi mayın 15-də Mersin Beynəlxalq Limanına yanaşacaq.

Gəmi 15 may tarixində Türkiyə vaxt ilə saat 13.30-17.30, 16 may tarixində isə 09.30-17.30 arası ziyarətçilərə açıq olacaq.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər