Son dəqiqə

İtaliya İraq

İraq və İtaliya arasında 700 milyon dollarlıq müqavilə imzalanıb

Bakı. TurkicWorld:

İraq və İtaliya sənaye layihələrinin maliyyələşdirilməsi üçün 700 milyon dollarlıq müqavilə imzalayıb.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, saziş İraqın Suveren Zəmanətlər Komitəsi ilə İtaliyanın biznes və sənayelərinə dəstək üzrə ixtisaslaşmış İtaliya sığorta-maliyyə qrupu olan SACE arasında imzalanıb.

İraq Ticarət Bankı (TBI) və iki İtalyan bankı infrastruktur, əczaçılıq, səmt qazının emalı, şüşə istehsalı, qida və yaşayış sahələri ilə bağlı layihələri maliyyələşdirəcək.

Müqavilə İtaliyanın paytaxtı Romadakı SACE binasında İraqın baş nazirinin texniki müşaviri Məhəmməd Əl-Dərəci və SACE-nin baş icraçı direktoru Alessandra Ricci tərəfindən imzalanıb.

İraq rəsmisi qeyd edib ki, İraqlı və İtaliyalı iş adamları arasında İraq fabriklərinin İtaliya istehsalı xətləri ilə təmin olunması üçün başqa razılaşmalar da əldə olunub.

“May ayında GKSD İnvestisiya Holdinq ilə imzalanmış anlaşma memorandumundan sonra, İraqda italyan şirkətlərinin iştirak etdiyi potensial layihələri dəstəkləmək üçün layihənin planlaşdırılması, inkişafı və idarə edilməsi üzrə aparıcı qlobal təchizatçı olan bu təşəbbüs İtaliya və İraq arasında əməkdaşlıqda irəliyə doğru yeni və nəzərəçarpacaq bir addımdır.” – deyə Əl-Dərəci bildirib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər