Son dəqiqə

əmlak bazarı İraq Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanı Türkiyədə əmlak bazarının xarici investorlar üçün cazibədarlığı Daşınmaz əmlak və investisiya fürsətləri Daşınmaz əmlak yatırımları daşınmaz əmlak bazarı

İraqlıların Türkiyədən daşınmaz əmlak alışı artıb (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

2025-ci ilin yanvar-noyabr aylarında İraq vətəndaşları Türkiyədə min 159 daşınmaz əmlak satın alıblar ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 1 obyekt çoxdur.

Bu barədə TurkicWorld -ə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanından məlumat verilib.

Məlumata görə, bu ilin noyabr ayında İraq vətəndaşları Türkiyədə 104 daşınmaz əmlak alıblar ki, bu da 2024-cü ilin noyabr ayı ilə müqayisədə 43 obyekt azdır.

Qeyd edək ki, 2025-ci ilin noyabr ayında Türkiyədə 141 min 100 mənzil satın alınıb ki, bu da 2024-cü ilin noyabr ayı ilə müqayisədə 7,8 faiz azdır.

Məlumata görə, 2025-ci ilin yanvar- noyabr aylarında Türkiyədə 1 milyon 434 min 133 mənzil satın alınıb.

"Bu göstəricilər 2024-cü ilin eyni dövrü ilə müqayisədə 13,3 faiz çoxdur", - deyə nazirlikdən qeyd edilib.

2025-ci ilin noyabr ayında Türkiyədə xarici vətəndaşlara min 934 mənzil satılıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 9,7 faiz azdır.

Eyni ilin yanvar- noyabr aylarında əcnəbi vətəndaşlar Türkiyədən 18 min 993 mənzil alıblar ki buda keçən ilin eyni dövrü ilə müqayisədə 11,1 faiz azdır.

Mövzuya görə xəbərlər