İraq-Türkiyə boru xətti ilə neftin Ceyhana çatdırılması mümkün olacaq

İraq-Türkiyə boru xətti ilə neftin Ceyhana çatdırılması mümkün olacaq

Bakı. TurkicWorld:

Qabar neftini İdildəki BOTAŞ stansiyasına daşıyacaq boru xəttinin tikintisi davam edir, daha sonra 650 kilometrlik İraq-Türkiyə boru kəməri ilə nefti Ceyhan Dörtyola çatdıra biləcəyik.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib.

“Qabar yatağını İraq-Türkiyə boru kəmərinə birləşdirəcək 35-36 kilometrlik xəttin yarısı tamamlanıb", - deyə o əlavə edib.

Xatırladaq ki, daha öncə İraqın neft nazirinin müavini Besim Məhəmməd İraq hökumətinin "İraq-Türkiyə Xam Neft Boru Kəməri"ni yenidən işə salmaq istədiyini bildirib.

Qeyd edək ki, sözügedən xətt işlədiyi müddətdə qlobal tədarükün 0,5 faizini qarşılayıb. 2014-cü ildə İŞİD-in hücumları səbəbiylə boru xəttində neft axını dayandırılıb.

X: Lamanasadli01