Son dəqiqə

Türkiyə Türkiyə Böyük Millət Məclisi

TBMM-də yeni konstitusiya üzərində iş davam edir

Bakı, TurkicWorld:

Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş yeni konstitusiya ilə bağlı danışıqları davam etdirəcək.

TurkicWorldxəbər verir ki, bu çərçivədə Kurtulmuş bu gün DEM Partiyası, Səadət Partiyası və İYİ Partiya rəhbərliyi ilə görüşəcək.

Bundan əlavə, yeni konstitusiyanın öyrənilməsi ilə bağlı prosedur və prinsiplər müzakirə olunacaq.

Qeyd edək ki, Türkiyədə 1982-ci ildən qüvvədə olan konstitusiyaya 1987-ci, 2007-ci, 2010-cu, 2017-ci illərdə dəyişiklik edilib.

Mövzuya görə xəbərlər