BAKI,TurkicWorld,Yusif Şərifzadə
İranın Xarici işlər naziri Abbas Əraqçi Vaşinqton və Tehran arasındakı davam edən diplomatik proseslərlə bağlı bir sıra xarici həmkarları ilə telefon danışığı aparıb.
TurkicWorld xəbər verir ki, Əraqçi söhbətlərini Türkiyə, Fransa və Pakistanın xarici işlər nazirləri ilə ayrı‑ayrı telefon əlaqələri vasitəsilə həyata keçirib.
Danışıqlar regionda vəziyyətin sabitləşdirilməsi, davam edən diplomatik səylər və İran‑ABŞ münasibətlərində cari proseslərin vəziyyəti ətrafında olub.







