Son dəqiqə

Prezident İlham Əliyev

Xarici Kəşfiyyat Xidməti işçilərinin ştat sayında dəyişiklik edilib

BAKI,TurkicWorld

"Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının və Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin sisteminə işə götürülən işçilərin ştat sayının həddi"ndə dəyişiklik edilib.

TurkicWorld xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Fərmana əsasən, həmçinin "Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin bəzi hərbi qulluqçularının pul təminatının tənzimlənməsi Qaydası"nda da dəyişiklik edilib.

Mövzuya görə xəbərlər