Son dəqiqə

Türkiyə İsrail Türkiyə xarici işlər nazirliyi Hakan Fidan Qəzza

Türkiyə C.Afrikanın İsrailə qarşı soyqırım iddiasını dəstəkləyir

Bakı. TurkicWorld:

Türkiyə Cənubi Afrikanın Beynəlxalq Ədalət Məhkəməsində İsrailə qarşı soyqırım iddiasını dəstəkləyir.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan İndoneziyanın xarici işlər naziri Retno Marsudi ilə Ankarada birgə mətbuat konfransında çıxışı zamanı bildirib.

"Qərb də İsrail-Fələstin məsələsində bizim mövqeyimizə yaxınlaşır. Bunu İsrailin cinayətlərinə zəmanət verən ölkələrə xəbərdarlıq olaraq bir daha vurğulamaq istərdim. Biz böhranın əvvəlindən Qəzzada baş verən faciənin bütün dünyada reaksiyalara səbəb olacağını deyirdik. Bu gün İsraili dəstəkləyən ölkələrdə insanlar küçələrə axışıb. Qəzzada axan qan təkcə qəzzalıların qanı deyil", - deyə o vurğulayıb.

Qeyd edək ki, Qəzzanın Səhiyyə Nazirliyi bildirir ki, Qəzzada 34 mindən çox fələstinli öldürülüb və 2,3 milyon əhalisinin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb.

Nazirlik öz sayında mülki şəxslər və döyüşçülər arasında fərq qoymur, lakin qadınların və uşaqların ölənlərin üçdə ikisini təşkil etdiyini bildirir.

İsrail dinc sakinlərin ölməsində HƏMAS-ı günahlandırır, çünki yaraqlılar sıx yaşayış məntəqələrində döyüşürlər.

İsrail heç bir sübüt təqdim etmədən 13 min HƏMAS döyüşçüsü öldürdüyünü bildirib.

Bu arada Qəzzada döyüşlər davam edir. İsrailin Qəzzanın cənubunda BMT-nin fələstinli qaçqınlarla işləyən agentliyi olan UNRWA-nın qida paylama məntəqəsinə endirdiyi zərbə nəticəsində agentliyin bir əməkdaşı həlak olub, 22 nəfər yaralanıb.

UNRWA-nın məlumatına görə, son beş ayda gedən döyüşlər zamanı agentliyin həlak olan işçilərinin sayı 165-ə çatdırıb.

Qəzzanın səhiyyə orqanları UNRWA anbarının həyətinə endirilən zərbə nəticəsində ümumilikdə 5 nəfərin öldüyünü bildirib.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər