Son dəqiqə

MIDLAS Türkiyə Müdafiə Sənayesi İdərəsi TCG İstanbul

MİDLAS ilk raket atışını TCG İstanbuldan edib (ÖZƏL)

Bakı. TurkicWorld:

Türkiyənin ROKETSAN şirkətinin istehsal etdiyi Milli Şaquli Lançer Sisteminin (MİDLAS) çərçivəsində ilk dəfə TCG İstanbul freqatından raket atılıb.

Bu barədə TurkicWorld-a Türkiyə hərbi mənbələrindən bildirilib.

Məlumata əsasən, MİDLAS HİSAR-D RF raketini Türkiyənin ilk milli freqatı olan TCG İstanbuldan atıb. Sınaqdan uğurla keçən MIDLAS, Dəniz Qəbul Testlərini tamamlayaraq mühüm mərhələni geridə qoyub.

“İnkişaf mərhələsi davam edən layihə çərçivəsində qarşıdakı dövrdə SİPER, SLINDER və ATMACA raketləri MİDLAS-dan atılacaq", - deyə məlumatda qeyd edilib.

Qeyd edək ki, Türkiyənin ROKETSAN şirkətinin istehsal etdiyi MİDLAS sistemi döyüş gəmilərindən və sualtı qayıqlardan şaquli olaraq buraxıla bilən raket atma sistemidir. MİDLAS sisteminin ilk atış sınağı 2022-ci ildə həyata keçirilib.

2023-cü ilin iyun ayında isə MİDLAS ilk dəfə TCG İstanbul gəmisində nümayiş etdirilib.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər