Son dəqiqə

Türkiyə nəqliyyat

Türkiyədə körpü və tunellerin sayı və uzunluğu açıqlanıb

Bakı,TurkicWorld

Türkiyədə ümumilikdə 8 min 210 körpü var və bunların ümimi uzunluğu 514 kilometrdir. TurkicWorld-un məlumatına görə, bu haqda AzerVoice-yə Türkiyənin Nəqliyyat və İnfrastruktur nazirliyindən bildiriblər.

Nazirliyin açıqlamasında o da qeyd olunub ki, Türkiyədə hal hazırda ümumilikdə 445 tunel var və bu tunellerin ümumi uzunluğu 608 kilometrdir.

“Ölkə ərazisində olan tunellerin 220 – sinin uzunluğu 500 metrdən az, 102-nin uzunluğu 500-1000 metr arasında, 80-nin uzunluğu 1000-2000 metr, 28-nin uzunluğu 2000-3000 metr , 15-nin isə 3000 metr və daha çoxdur”- deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki , 445 mövcud tuneldən , 281 – i tək tərəfli, 164-ü isə ikitərəfli yolla təchiz olunub.

Mövzuya görə xəbərlər