Hakan Fidan Qazaxıstan XİN rəhbəri ilə görüşüb

Hakan Fidan Qazaxıstan XİN rəhbəri ilə görüşüb

Bakı. TurkicWorld:

Türkiyə xarici işlər naziri Hakan Fidan 1-3 mart tarixlərində keçiriləcək 3-cü Antalya Diplomatik Forumu öncəsi Qazaxıstan XİN rəhbəri Murat Nurtleu ilə görüşüb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə diplomatik mənbələri məlumat yayıb.

Məlumata əsasən, ikitərəfli siyasi əlaqələrin müzakirə edildiyi görüşdə müdafiə sənayesi, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində atılacaq addımlar qiymətləndirilib.

Bundan əlavə, görüş zamanı Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində gələcək əməkdaşlıq sahələri müzakirə edilib.

X: Lamanasadli01