Haluk Bayraktar KAAN-ın uçuşu münasibətilə TUSAŞ heyətini təbrik edib

Haluk Bayraktar KAAN-ın uçuşu münasibətilə TUSAŞ heyətini təbrik edib

Bakı, TurkicWorld:

Türkiyənin Baykar şirkətinin baş direktoru Haluk Bayraktar KAAN-ın ilk uçuşu münasibətilə TUSAŞ heyətini təbrik edib.

TurkicWorld xəbər verir ki, o bu barədə öz rəsmi X sosial media hesabında paylaşım edib.

"Milli Döyüş Təyyarəmiz KAAN-ın ilk uğurlu uçuşunu təbrik edirəm. Bu tarixi uğurda əməyi olan bütün TUSAŞ komandasını təbrik edirəm", - deyə o əlavə edib.

Qeyd edək ki, Türkiyənin Aerokosmik Sənaye şirkəti (TUSAŞ) tərəfindən hazırlanan milli döyüş yəyyarəsi KAAN bu gün ilk uçuşunu həyata keçirib.

Türkiyənin Aerokosmik Sənaye şirkəti (TUSAŞ) tərəfindən hazırlanan milli döyüş təyyarəsinin məqsədi ABŞ-dan alınan F-16 və F-35 qırıcı təyyarələrini əvəz etməkdir. Milli Döyüş Təyyarəsinin ilk sınaq uçuşu 2023-cü il martın 16-da keçirilib və uğurla tamamlanıb.

2023-cü il mayın 1-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən “İstikbalin Yüzyılı” proqramında Milli Döyüş Təyyarəsinə KAAN adını verib.

Milli Döyüş Təyyarəsi radar dalğalarını yumşaltmaq qabiliyyətinə malik kompozit materiallardan hazırlanıb və qoşa mühərriklər, aşağı görmə qabiliyyəti, təkmil atəş sistemləri və iki funksiyalı radar kimi xüsusiyyətlərə malikdir.

X: Lamanasadli01