Son dəqiqə

İzmir

İzmirdə müxtəlif cinayətlərə görə axtarışda olan 271 nəfər tutulub

Bakı. TurkicWorld:

İzmirdə müxtəlif cinayətlərə görə axtarışda olan 271 nəfər tutulub.

TurkicWorld-un məlumatına görə, Türkiyə polisi, 2 min 610 personalın iştirakı ilə əvvəlcədən müəyyən edilmiş 146 ünvanda eyni vaxtda əməliyyat keçirib.

Əməliyyatlar zamanı, oğurluq, qəsdən adam öldürmə, soyğunçuluq, narkotik vasitələrin qanunsuz dövriyyəsi kimi müxtəlif cinayətlərə görə axtarışda olan 271 şübhəli saxlanılıb.

Şübhəlilər əməliyyatlarının ardından ədliyyəyə sövq edilib.

Aytac Süleymanova

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər