Son dəqiqə

Türkiyə İzmir

Türkiyədə 20-ə yaxın terrorçu zərərsizləşdirilib

Bakı, TurkicWorld:

Türkiyənin İzmir vilayətində antiterror əməliyyatı həyata keçirilib.

TurkicWorld xəbər verir ki, İzmir mərkəzli antiterror əməliyyatında 18 nəfər saxlanılıb.

İstintaq çərçivəsində Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) dəstəyi ilə barələrində həbs qərarı çıxarılan 25 şübhəlinin tutulması üçün əməliyyat keçirilib.

Əməliyyat zamanı 18 şübhəli saxlanılıb, iki şübhəlinin isə xaricdə olduğu müəyyən edilib.

Qaçan beş şübhəlinin tutulması üçün işlər davam edir.

Mövzuya görə xəbərlər