Baku. TurkicWorld:
Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın Hakurk ərazisində hücuma hazırlaşan PKK terrorçuları zərərsizləşdirib.
TurkicWorld xəbər verir ki, MİT tərəfindən müəyyən edilib ki, Əhməd Bayar kod adlı Tufan Koçer və Əhməd İbrahim Əl Əhməd kod adlı Mervan Zerevan Türkiyə Silahlı Qüvvələrinin Hakurkdakı baza ərazisinə sızmaq üçün təlimat alıblar.
Bundan sonra terrorçulara qarşı araşdırmalar dərinləşdirilib.
Qeyd edək ki, 2012-ci ildə PKK terror təşkilatına qoşulan Tufan Koçerin keçmişdə Suriyada fəaliyyət göstərdiyi və təşkilatın yüksək səviyyəli üzvlərinin mühafizəçisi vəzifəsində çalışdığı öyrənilib. Suriyalı Mervan Zerevanın da 2014-cü ildə Qəndildə sui-qəsd təlimi aldığı müəyyən edilib.