Son dəqiqə

Türkiyə Suriya

Suriyalıların vətənlərinə dönüşü davam edir

Bakı,TurkicWorld

Suriyadakı vətəndaş müharibəsi səbəbindən Türkiyəyə sığınan qaçqınlar, Baas rejiminin 61 illik hakimiyyətinə son qoyulmasından sonra doğma yurdlarına qayıtmağa başlayıblar.

TurkicWorld xəbər verir ki, Suriyalılar Hatay vilayətindəki üç sərhəd keçid məntəqəsindən, o cümlədən Reyhanlı rayonundakı Cilvegözü Sərhəd Qapısından istifadə edirlər.

Cilvegözü Sərhəd Qapısında sıxlıq və təhlükəsizliyin təmin olunması üçün jandarma dəhlizlər təşkil edib. Sərhədi keçmək üçün növbə gözləyən suriyalıların gömrük prosedurları həyata keçirilir. Proses zamanı komandalar uşaqlara Türk bayraqları, jurnallar və şarlar kimi müxtəlif hədiyyələr təqdim edərək, müsbət bir mühit yaradırlar.

Türk Qızıl Aypara və digər yardım təşkilatları isə sərhəd bölgəsində fəaliyyət göstərərək, ailələr və məmurlar üçün isti yeməklər və şirniyyatlar təmin edirlər. İmmiqrasiya İdarəsinin Səyyar Xidmət Bölməsi də çıxış prosedurlarını daha sürətli və effektiv şəkildə həyata keçirmək üçün dəstək verir.

Mövzuya görə xəbərlər