Bakı, TurkicWorld:
Kripto aktivlərlə bağlı qaydaları ehtiva edən qanun layihəsi Türkiyə Böyük Millət Məclisinin sədrliyinə təqdim edilib.
TurkicWorld xəbər verir ki, bu barədə AK Partiya Qrup sədri Abdullah Gülər məlumat verib.
Məlumata əsasən, yeni qanun ilə kriptovalyutaların alqı-satqısının aparıldığı platformaların Türkiyə Kapital Bazarlarına Nəzarət Şurasının tənzimləmə və nəzarəti çərçivəsinə daxil edilməsi hədəflənir.
“Platformalarda həyata keçirilən əməliyyatların etibarlılığını, açıqlığını və sabitliyini pozacaq hərəkətlər üçün tədbirlər nəzərdə tutulur”, - deyə Gülər bildirib.





