Son dəqiqə

İran Küveyt Yaxın Şərq hərbi gərginlik Körfəz regionu Enerji infrastrukturu Su təminatı

İran yenidən Küveytin enerji və su infrastrukturunu hədəfə alıb

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Küveyt İran tərəfindən ölkənin elektrik və su təsərrüfatı obyektlərinə yeni hücumların həyata keçirildiyini açıqlayıb. Hücumlar nəticəsində strateji əhəmiyyət daşıyan infrastruktur obyektlərinə ziyan dəydiyi bildirilib.

TurkicWorld xəbər verir ki, Küveytin Elektrik, Su və Bərpa Olunan Enerji Nazirliyinin məlumatına görə, İran tərəfindən həyata keçirilən hücumlar nəticəsində elektrik stansiyaları və duzsuzlaşdırma qurğuları yenidən hədəfə alınıb.

Nazirlik bildirib ki, bu, son dörd gün ərzində sözügedən obyektlərə qarşı həyata keçirilən ardıcıl hücumların davamıdır. Hücumlar nəticəsində bir neçə ərazidə yanğınlar baş verib.

Açıqlamada qeyd olunub ki, yanğınlar söndürülüb, obyektlərə dəyən zərərin qiymətləndirilməsi və təmir işləri davam etdirilir.

Küveyt hakimiyyəti ölkənin əsas enerji və su təminatı sistemlərinin fəaliyyətinin qorunması üçün lazımi tədbirlərin görüldüyünü bildirib.

Son dövrdə Körfəz regionunda artan hərbi gərginlik fonunda enerji infrastrukturu əsas hədəflərdən birinə çevrilib. Region ölkələri mülki və strateji obyektlərin təhlükəsizliyinin təmin edilməsi üçün müdafiə tədbirlərini gücləndirirlər.

Mövzuya görə xəbərlər