İzmirdə zəlzələ olub

İzmirdə zəlzələ olub

Bakı. TurkicWorld:

Türkiyənin İzmir şəhərində 4.5 maqnitudalı zəlzələ baş verib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bildirib.

Məlumata görə, zəlzələ yerin 6,9 kilometr dərinliyində baş verib.

Zəlzələ nəticəsində dağıntıların olmadığı bildirilib.

X: Lamanasadli01