Son dəqiqə

Türkiyə İzmir

İzmirdə keçirilən əməliyyatda 10-a yaxın şəxs saxlanılıb

Bakı. TurkicWorld:

İzmirdə mütəşəkkil cinayətkar qrupa qarşı keçirilən “Mahzen-24” əməliyyatı nəticəsində səkkiz şübhəli yaxalanıb.

TurkicWorld xəbər verir ki, bu haqda Türkiyə Daxili İşlər Naziri Ali Yerlikaya məlumat verib.

Məlumatda bildirilib ki, Barış Boyunun başçılıq etdiyi və xaricdən idarə olunan mütəşəkkil cinayət qrupuna üzv olan şübhəlilər saxlanılıb.

Saxlanılan şəxslər cinayət törətmək, qəsdən adam öldürməyə cəhd, silahlı təhdid, ümumi təhlükəsizliyə qəsdən təhlükə və əmlaka ziyan vurma cinayətlərində şübhəli bilinirlər.

Keçirilən əməliyyat tədbirləri nəticəsində dörd sənədsiz tapança, iki tüfəng, müxtəlif miqdarda narkotik vasitə və cinayətdə istifadə olunduğu müəyyən edilən motosiklet ələ keçirilib.

Mövzuya görə xəbərlər