Son dəqiqə

Türkiyə İzmir

İzmirdə hərbi helikopter təcili eniş edib

Bakı. TurkicWorld:

İzmir Çiğli 2-ci Əsas Jet Bazasından havaya qalxan hərbi helikopter Urla ərazisinə məcburi eniş edib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"2-ci Əsas Reaktiv Baza Komandanlığından (Çiğli/İzmir) havaya qalxan helikopterlərimizdən biri texniki nasazlıq səbəbindən təcili eniş etməli olub. Hadisə zamanı xəsarət alan əməkdaşlarımızdan biri xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı araşdırmalara başlanılıb”, - deyə açıqlamada qeyd edilib.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər