Bakı. TurkicWorld:
Türkiyə Silahlı Qüvvələri (TSK) bu ilin yanvar-aprel aylarında 1 000 terrorçunu zərərsizləşdirib.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi açıqlayıb.
"Son bir həftədə isə 47 terrorçu zərərsizləşdirilib. Bundan əlavə, ötən həftə İraqın şimalındakı sığınacaqlarından qaçan daha iki PKK terrorçusu Habur sərhəd məntəqəsinə təslim olub. İraqın şimalında Pəncə-Kilid əməliyyat bölgəsində davam edən axtarış işləri çərçivəsində terrorçulara aid dörd otaqlı mağara aşkarlanıb. Mağaralarda müxtəlif miqdarda təyyarə və tank əleyhinə silahlar, reaktiv yaylım atəşi sistemləri, qumbaraatanlar, minaatanlar, piyada tüfəngləri, snayper tüfəngləri və pulemyotlar və onların döyüş sursatı, əl qumbarası, durbin, radio və bir çox digər materiallar ələ keçirilib", - deyə məlumatda vurğulanıb.
Məlumatda o da qeyd edilib ki, Pəncə-Kilid əməliyyatında indiyədək 931 terrorçu zərərsizləşdirilib.