Son dəqiqə

Hakan Fidan Türkiyə XİN

Türkiyənin Benqazi Baş Konsulluğu yenidən fəaliyyətə başlayır

Bakı. TurkicWorld:

Türkiyənin Benqazi Baş Konsulluğu yenidən fəaliyyətə başlayır.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan Vallettada Maltanın Xarici İşlər, Avropa və Ticarət naziri Yan Borqla birgə mətbuat konfransında çıxışı zamanı bildirib.

“Liviyanın Benqazidəki Baş Konsulluğunu yenidən açmağa qərar verdik, tezliklə konsulluq fəaliyyətini bərpa edəcək", - deyə o əlavə edib.

Qeyd edək ki, Türkiyə 2014-cü ildə Benqazi və Tripolidə başlayan qarşıdurmalardan sonra təhlükəsizlik təhdidləri səbəbilə Liviyanın Benqazi şəhərindəki konsulluğunu müvəqqəti olaraq bağlayıb.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər