Son dəqiqə

İran Pakistan Türkiyə xarici işlər nazirliyi İbrahim Rəisi Hakan Fidan

Hakan Fidan İrana başsağlığı verib

Bakı. TurkicWorld:

Türkiyə xarici işlər naziri Hakan Fidan İrana başsağlığı verib.

TurkicWorld xəbər verir ki, o, bu barədə Pakistanın baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar ilə birgə mətbuat konfransında çıxışı zamanı bildirib.

"Dost və qardaş ölkə İranın kədəri ilə həmrəyik. Qəza xəbərini aldığımız ilk andan əlaqəmiz var. Biz əlimizdə olan resursları səfərbər etməyə çalışdıq, təəssüf ki, nəticə bizi çox kədərləndirdi", - deyə o vurğulayıb.

Qeyd edək ki, mayın 19-da İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşimi, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopterin sərt eniş etdiyi bildirilir. Qəzadan sonra helikopterlə iki dəfə əlaqə saxlanılıb. Sonradan əlaqə kəsilib.

Mövzuya görə xəbərlər