Son dəqiqə

Türkiyə XİN

Meşə yanğınları ilə əlaqədar Türkiyə Çiliyə başsağlığı verib

Bakı. TurkicWorld:

Meşə yanğınları ilə əlaqədar Türkiyə Çiliyə başsağlığı verib.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi bildirib.

“Son bir neçə gündür Çilinin Valparaiso bölgəsində baş verən meşə yanğınları nəticəsində insan tələfatı, xəsarətlər və dağıntılara görə təəssüflənirik. Dost Çili xalqına və hökumətinə, həyatını itirənlərin ailələrinə başsağlığı verir və yaralananların tezliklə sağalmasını diləyirik” - deyə bəyanatda qeyd edilib.

Xatırladaq ki, Çili mətbuatda dərc olunan xəbərdə, Valparaisodan təxminən 20 kilometr uzaqlıqda yerləşən Penuelas Gölü Təbiət Parkında yanğının başladığı bildirilib.

Milli Fəlakətin Qarşısının Alınması və Müdaxilə Xidmətindən verilən açıqlamada güclü külək səbəbiylə yanğının sürətlə yayıldığı və bəzi şəhərlərdə təxliyə əməliyyatlarının başladığı açıqlanıb.

Səlahiyyətlilər yanğınlarda ən azı 112 nəfərin həyatını itirdiyini, 3000-6000 evin zərər gördüyünü qeyd edib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər