PKK-nın Avropadakı türk toplumuna aqressiyası artmaqdadır - Türkiyə XİN

PKK-nın Avropadakı türk toplumuna aqressiyası artmaqdadır - Türkiyə XİN

Bakı. TurkicWorld:

Küncə sıxışdırılmış PKK terror təşkilatının Avropadakı türk toplumunu narahat etməyə yönəlmiş hərəkətləri artmaqdadır.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi açıqlayıb.

"Martın 26-na keçən gecə Hannoverdəki Baş Konsulluğumuzun giriş qapısına PKK terror təşkilatı tərəfdarları tərəfindən hücum edilib. Hadisə nəticəsində ölən və yaralanan olmayıb. Hücumdan sonra Almaniya rəsmiləri ilə əlaqə saxlanılaraq, alman hakimiyyətinin vətəndaşlarımızın və diplomatik nümayəndəliklərimizin təhlükəsizliyinə cavabdeh olduğu, Avropadakı türk icmasını təxribata yönəlmiş hərəkətlərə yol verməməli olduqları xatırladılıb. Aidiyyəti ölkələrdən gözləntimiz terror təşkilatı tərəfdarlarının hərəkətlərinə icazə verilməməsi və hücum edənlərin tez bir zamanda məsuliyyətə cəlb olunmasıdır", - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, Hannoverdə terror təşkilatı PKK-ya dəstək yürüşü keçirilib və 12 PKK tərəfdarı Hannover Baş Konsulluğuna gələrək binanın şüşələrini sərt əşyalarla sındırmağa cəhd ediblər.

X: Lamanasadli01