Ərdoğan Almaniya Prezidenti ilə görüşüb

Ərdoğan Almaniya Prezidenti ilə görüşüb

Bakı,TurkicWorld

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya Prezidenti Frank-Valter Ştaynmayeri Ankarada rəsmi mərasimlə qarşılayıb.

TurkicWorld xəbər verir ki, görüşdə İsrailin Fələstin ərazilərinə hücumları və bölgədəki son vəziyyət, Ukrayna ilə Rusiya arasında davam edən müharibədə son hadisələr, Türkiyə-Avropa İttifaqı münasibətləri, qlobal və regional problemlər də müzakirə olunacaq.

Qeyd edək ki, iki nümayəndə heyətinin görüşündən sonra o, Ştaynmayerlə birgə mətbuat konfransında iştirak edəcək. Ərdoğan daha sonra Ştaynmayerin şərəfinə rəsmi şam yeməyi verəcək.