Son dəqiqə

Rəcəb Tayyib Ərdoğan

Antisemitizm ləkəsi bizə yapışmayacaq – Ərdoğan

Bakı, TurkicWorld

Antisemitizm ləkəsi bizə yapışmır. Türkiyə düşmənçiliyi ilə heç yerə gedə bilməzsiniz.

TurkicWorld xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Beynəlxalq Demokratlar İttifaqının Bacarıqların Gücləndirilməsi və Təlim Seminarında deyib.

“Xaricdə yaşayan onlarla vətəndaşı irqçi terrorun qurbanı olan bir ölkə olaraq bu iyrənc hadisələr qarşısında səssiz qala bilmərik”, - deyə o, qeyd edib.

Bundan başqa, Ərdoğan Türkiyənin İsrailin Qəzzaya hücumlarına qarşı cəsarətli mövqe tutduğunu vurğulayıb.

Mövzuya görə xəbərlər