Son dəqiqə

Türkiyə Rəcəb Tayyib Ərdoğan TOGG

Türkiyə TOGG ilə elektrikli avtomobil sənayesində sözünü dedi - Ərdoğan

Bakı. TurkicWorld:

Türkiyə TOGG ilə elektrikli avtomobil sənayesində sözünü dedi.

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Müxtəlif təxribat cəhdlərinə baxmayaraq, TOGG-un nə qədər strateji bir addım olduğu bu gün daha aydın görünür. Elektrikli avtomobil bazarı son bir ildə daha çox inkişaf edib", - deyə o əlavə edib.

Qeyd edək ki, Türkiyənin ilk elektrikli avtomobili olan TOGG 100 faiz Türkiyə tərəfindən layihələndirilib və bu layihə ölkənin sənaye mülkiyyətinə sahib qlobal marka yaratmaq məqsədi ilə həyata keçirilib.

Məlumat üçün bildirək ki, TOGG-un sedan modeli 2024-cü ilin sonunda təqdim ediləcək və istehsal, 2025-ci ildə başlayacaq.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər