Son dəqiqə

Türkiyə Rəcəb Tayyib Ərdoğan AK Parti CHP Özgür Özəl

CHP sədri Ərdoğana zəlzələ ilə bağlı nazirlik yaradılmasını təklif edib

Bakı. TurkicWorld:

Türkiyənin müxalifət Cümhuriyyət Xalq Partiyasının sədri Özgür Özəl prezident Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı zəlzələ ilə bağlı nazirlik yaradılmasını təklif edib.

TurkicWorld xəbər verir ki, bu barədə CHP lideri Özgür Özəl açıqlayıb.

"Mən R.T.Ərdoğana təklif etdim ki, adı birbaşa zəlzələ nazirliyi, yoxsa təbii fəlakətlərlə mübarizə və zəlzələyə hazırlıq nazirliyi olan nazirlik yaradılsın", - deyə o bildirib.

Qeyd edək ki, səkkiz ildən sonra AK Parti və CHP liderləri ilk dəfə bir araya gəlib.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər