Bakı. TurkicWorld:
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Qambiya prezidenti Adama Barrow arasında telefon danışığı olub.
TurkicWorld xəbər verir ki, telefon danışığı zamanı Türkiyə ilə Qambiya arasında ikitərəfli əlaqələr, İsrailin Fələstinə hücumları və Qambiyada keçiriləcək 15-ci İslam Zirvəsinin gündəliyi müzakirə edilib.
Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin hər üç ildən bir təşkil etdiyi sammit bu il mayın 4-5-də Qərbi Afrikanın ən kiçik ölkəsi olan Qambiyada keçiriləcək. Sammit “Dayanıqlı inkişaf naminə dialoq vasitəsilə birliyin və həmrəyliyin gücləndirilməsi” mövzusu ilə keçiriləcək.