Bakı, TurkicWorld
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaraya gələn Qətər Əmiri Əl Tanini Prezident Külliyesində rəsmi mərasimlə qarşılayıb.
TurkicWorld xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan və Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani arasında Ankarada keçiriləcək görüşlər, iki ölkə arasındakı strateji əməkdaşlığı yeni mərhələyə qaldıracaq.
Prezident Külliyəsində rəsmi mərasimlə qarşılanmış Əmir Əl Tani ilə Ərdoğan arasında ikitərəfli görüşün ardınca, Türkiyə-Qətər Yüksək Strateji Komitəsinin Onuncu Toplantısı baş tutacaq. Bu toplantıda Türkiyə və Qətər arasında 9 yeni müqavilənin imzalanması gözlənilir.
Türkiyənin Qətərdəki səfiri Mustafa Göksu, Strateji Komitənin 2014-cü ildə iki ölkə arasında əməkdaşlıq səviyyəsini daha da artırmaq məqsədilə yaradıldığını xatırladaraq, bugünkü iclasda imzalanacaq müqavilələrin iqtisadi, mədəni və müdafiə sahələrində mühüm irəliləyişlər təmin edəcəyini bildirib. Göksu, komitənin fəaliyyətə başladığı dövrdən bu yana imzalanmış 108 ortaq saziş və bəyannamə ilə iki ölkə arasında siyasət, iqtisadiyyat, müdafiə və mədəniyyət kimi sahələrdə əlaqələrin gücləndiyini vurğulayıb.